18 Noyabr 2014 10:06
2 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Bakıda tanınmış türkiyəli rejissor Çağan İrmakın yeni "Unutursam fısılda" filminin qala gecəsi baş tutub.

Teleqraf.com xəbər verir ki, "Güneşi beklerken" serialında canlandırdığı Kerem Sayar obrazı ilə məşhurlaşan türkiyəli aktyor Kerem Bursin şəhərimizin qonağı olub. Aktyor Bakı haqqında təəssüratlarını bölüşüb:

"Bu gün şəhərinizi gəzdim. Düşünürdüm ki, buradakı insanların məni tanımır. Bakı çox gözəldir. Bilsəydim, daha tez buraya gələrdim. Yolda bir uşaq mənlə şəkil çəkdirmək istədi. Soruşdum ki, məni tanıyırsan? Tanıdığını söyləyəndə çox sevindim. Azərbaycanda bu qədər sevilmək xoşdur".

Daha sonra özü haqda danışan aktyor "Güneşi beklerken" serialındakı Kerem Sayar obrazı tanındığını bildirib.

"O obrazda tam fərqli insan idim. Fərqli obrazları canlandırmağı sevirəm. Mən o qədər maraqlı biri deyiləm. Həyatda çox sıxıcı insanam".

Teleqraf.com gecədən olan fotoları təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər