15 Yanvar 2022 22:37
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Niyə son illərdə peşəkar, düzgün, səlis intellektual aparıcı yetişmir? Hər şey əziyyətdən irəli gəlir. Burada da pul önəmli deyil ki?! Savad, mütaliə, mədəniyyət, estetika, etika və s. çox önəmlidir".

Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə deyib.

O, peşəkar aparıcıların yetişməməsinin səbəbini açıqlayıb: "Çox təəssüf olsun ki, gənc nəsil arxı tullanmamış, hop demək istəyir. Aparıcı olmaq üçün biz nə qədər çətinliklərdən keçirik. Görürsən ki, universiteti belə doğru-düzgün bitirməyib. Bu insanın iki dəqiqə mətn oxumaq qabiliyyəti də yoxdur. Amma deyir ki, aparıcı olmaq istəyirəm. Yaxşı aparıcı, yaxşı müxbir, redaktor olmalıdır. Mənim həyatımın yarısı kitab oxumaqla keçib. Sən hazırcavab olmalısan. Ona görə də yeni nəsil arasında aparıcı yetişməməsində səbəb budur".


Müəllif: Rəqsanə Həsənova