Xalq artisti Röya Ayxan ikinci dəfə evlənən reper Elşad Xosenin həyat yoldaşı haqda etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan "Şourum" verilişində reperin həyat yoldaşının ilk nikahından uşağı olduğunu açıqlayıb:
"Ailəsi olmalıdır. Eşitdiyimə görə, qızın övladı var. Çünki onların nikah mərasimində balaca uşaq da gəlir. Əgər xanımın övladı varsa və Elşad Xose onunla evlənibsə, ona hörmətim artdı. Bir qadını sevmək, onun övladını da qadını kimi sevmək elə Xoseyə yaraşandır".