21 Fevral 2022 13:40
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə Azad Azərbaycan Televiziyasına açıqlamasında pandemiyadan dərs aldığını deyib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə toy mərasimlərinin az olmasından şikayətlənib: "Toy bazarı çox zəifləyib. Əvvəl israf edirdim, daha əliaçıq idim, indi sanki xəsisləşmişəm. Pandemiya mənə böyük dərs oldu".

Nadir Qafarzadə oğlu Loğman və gəlini Əntiqədən də danışıb: "Hərdən deyirlər ki, kürəkəndən oğul, gəlindən qız olmaz. Qanı və əxlaqı düz olan kürəkən oğul, gəlin isə qız da ola bilər. İnstaqramda oğlum və gəlinimin çox şəkillərini paylaşmayacam, çünki sosiallaşmaq istəmirik".

İfaçı canlı efirdə həyat yoldaşının səsli qeydini də təqdim edib: "Ad günümdə dedim ki, canlı efirə qoşul, təbrik elə. Mənə yazdı ki, "canım, gözüm, yekə arvadam. Bir az da utanıram. Bu kimi halları xoşlamıram".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər