Rusiyalı müğənni Sergey Lazarev ölkəsinin Ukrayna ilə müharibə etməsini pisləyib.
Teleqraf.com xəbər verir ki, Sergey Lazarev İnstaqramda hekayə bölümündə bu haqda yazıb: "Bu gün əsl müharibə başladı. Bu dünyada qüdrətli olmaq güc və silahla ölçülür. Amma həyat bir dəfə verilir və axıb gedir. Artıq neçə illərdir ki, nəfəs almaq və sabahkı günü planlaşdırmaq mümkün olmur, çünki siyasətçilərin başqa planları var.
Xahiş edirəm ki, hamı dayansın. Birdəfəlik! "Stop" deyin! Danışıqlar masasına əyləşin! İnsanlara yaşamaq imkanı verin. Heç kim müharibəni dəstəkləmir. Mən istəyirəm ki, uşaqlarım dinc dövrdə yaşasınlar. Mən dinc dövrdə yaşamaq və yaratmaq istəyirəm. Müharibəyə yox!"
Qeyd edək ki, Sergey Lazarev Rusiyanı "Avroviziya 2016" və "Avroviziya 2019" mahnı müsabiqəsində Rusiyanı təmsil edib.