1 Mart 2022 09:23
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor Corc Qafarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Sizin "Ümid Yeri" sığınacaq evində yaşadığınız illərdə çəkilən "Children of the Oil" filminin təqdimatı baş tutdu. Uşaqlıq illərinizə qayıtdınız. Hansı təəssüratları yaşadınız?

- Film çəkilən zaman bütün yaşananlar yadımdadır. Oradakı həssaslığı o zaman yox, indi başa düşdüm. Üzərindən 17-18 il keçib. "İlahi məxluq"u ilk çəkildiyim film sayırdım, halbuki ilk filmim budur. Düşünürəm ki, həyatımı dəyişən, məni bu istiqamətə gətirən məhz bu film imiş. Əslində, bu filmə baxana qədər uşaqlığımı unutmuşdum. Film uşaqlığımı yadıma saldı və kövrəldim.

- Gələcəkdə öz həyatınızdan bəhs edən filmə çəkilmək fikriniz varmı?

- Niyə də yox... Düşünürəm ki, hələlik mənim üçün tezdir.

- Son günlər mətbuatda az görsənirsiniz. Buna səbəb nədir?

- Dörd ildir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalıışıram. Orada tamaşalara başım qarışıb. Teatrda yeni tamaşamız olacaq. Bununla yanaşı Xəzər TV-də yayımlanan serialımız davam edir.

- Film təqdimatı üçün niyə məhz "Yarat" Müasir İncəsənət Mərkəzini seçmisiniz?

- Filmin rejissoru bu qərara gəldi. Təqdimat bu dəfə mətbuata açıq deyil. Növbəti nümayişi zamanı mediayaya açıq ola bilər.

- Sizə analıq edən müğənni Roza Zərgərlini təqdimatda görmədik.

- Yəqin ki, işi var idi, ona görə gəlmədi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər