Müğənni Gülay Zeynallı MTV Azərbaycan televiziyasında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Gülay Zeynallı xəyanət haqqında müzakirəyə səbəb olan fikir bildirib:
"İnsanı bağışlamaq və ona şans vermək olar. Allah bağışlayandırsa, biz də bunu bacarmalıyıq. Elə hallar var ki, keçmək lazımdır. Hərə bir baxışla baxır, hər insan bir cür düşünür. Biri sənə yalan deyə, sonra ağlını başına toplaya bilər. Ona görə də yalanı, xəyanəti bağışlamaq olar".