15 Mart 2022 12:57
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Nazilə Səfərli ATV-də açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli ona böhtan atmağa çalışan insanlardan danışıb:

"Deməsinlər ki, yaltaqdı, arxadan daş atandı. Desinlər ki, özündənrazıdır. Bəzilərinə yapışan ləkə mənə yapışmadı. Üstümə baltalı da gəldi, baltasız da. Günlərlə arxamca düşənlər oldu. Restoranlarda gizli görüntümü axtarırdılar. Restoran sahibləri özləri deyirdilər ki, gəlib başımın üzərində dayanıb, kameranı açdırıblar, nə yeyib, nə danışıb...

Əlimdə bir qədəh tutmağa çalışırdılar. Bilirdilər ki, içki içən deyiləm. O qədər zəif yerimi axtardılar ki... Məsələn, mən Bakıda çimərliyə gedə bilmirdim. Ar edirdim ki, birdən çimərlik paltarında gizli çəkərlər, atamın, oğlumun, nəsil kökümün üzünə necə baxaram?! Xalqdan öncə evimin içidir, utanaram".

Nazilə Səfərli boşanma hallarından da söz açıb: "Boşanma hallarından qorxuram. Qız-gəlinlər ailəni serialla qururlar. Polad Ələmdara baxıb, ərə gedirlər, gəlib "Cırtdanın nağılı"na düşürlər. İnsan öz nağılını qurmalıdır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər