18 Mart 2022 14:52
1 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 54 yaşını qeyd edən xalq artisti Könül Xasıyeva Teleqraf.com-un qısa suallarınə cavalandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Könül xanım, bu gün 54 yaşınız tamam olur. Doğum gününüzü qeyd etməyi sevirsinizmi?

- Xeyr, doğum günümü qeyd etməyi sevmirəm. Bu yaşdan sonra nə ad günü...Yaş üzərinə yaş gəlir. Gənclik vaxtı gözəldir. Tələbə vaxtı doğum günümü sevə-sevə keçirərdim.

- Neçə ildir ad gününüzü sakit yola verirsiz?

- Sadəcə oğlum Kazımla balaca bir tort alıb qeyd edirik. Birlikdə oturub çay içirik. Sözsüz ki, ilk təbriki də oğlumdan alıram. Balıq bürcüyəm və çox kövrək insanam. Doğum günümdə gözümün qarşısına atamın-anamın, bacı-qardaşımın bir arada olduğu günlər gəlir. Allah hamısını xoşbəxt eləsin.

Son zamanlar uşaqlıq illərimi tez-tez xatırlayıram. Atalı-analı günlərə qayıtmaq çox istərdim, amma həyatın da qanunu var, övladımız üçün yaşamalıyıq.

- Bir xanım kimi özünüzü xoşbəxt hesab edirsiniz?

- Xeyr, xanım kimi özümü xoşbəxt saymıram. Sənətkar kimi çox xoşbəxtəm, dövlətimiz, xalqımız mənə həmişə yüksək qiymət verib. Allah ölkə başçımız İlham Əliyevdən, Birinci xanım Mehriban Əliyevadan razı olsun. Xalqımız var olsun, qarşılarında baş əyirəm.

Amma şəxsi həyatımda xoşbəxt ola bilmədim. Yeganə xoşbəxtliyim Kazımdır, onu verənə şükür. Bütün arzu və diləklərim Kazımla bağlıdır.

- Həyat yoldaşınızdan ayrılmağınıza səbəb nə idi?

- Doğum günümdə o məsələlərə toxunmaq istəmirəm.

- Həyatınızın hansı illərini silmək istərdiniz?

- Həyatda xoşbəxt olmamışam.

- Özünüzə nə arzu edirsiniz?

- Bir vətəndaş kimi ən böyük arzum Qarabağın azad olunması idi. Allah cənab prezidentimiz İlham Əliyevdən razı olsun. Qarabağlı Azərbaycanımızda yaşayırıq. 2022-ci il Şuşa ilidir. Şuşa ilimizi qeyd edirik. İkinci arzum isə Allah möhlət versə, Kazımın toyunu görməkdir. Allah bütün balaları xoşbəxt etsin.

- Səhhətiniz necədir və müalicəniz davam edirmi?

- Səhhətim yaxşıdır, bir gün yatıram, bir gün gəzirəm. Müalicəm davam edir. Hər kəsə can sağlığı arzu edirəm, qarşıdan bahar gəlir. Hər kəsin Novruz bayramını təbrik edirəm, xoşbəxtlik arzu edirəm.









Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər