28 Mart 2022 18:28
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afət Fərmanqızı xalq artisti Naibə Allahverdiyevanın ünvanına dediyi sözləri təkzib edib.

Teleqraf.com xəbər verir ki, müğənni ARB televiziyasında bu sözləri deyib: "Mən Naibə xanım haqqında heç bir fikir bildirməmişəm,ad çəkməmişəm. Bəzi səhifələrdə Naibə Allahverdiyeva ilə şəklimi yan-yana qoyub, yazırlar ki, “Naibə Afətə od püskürdü”. Əvvəla, Naibə Afətin adını çəkməyib. İkincisi, nə bilirsiniz ki, mənə deyib? Ünvanladığı sözlər mənə aid olsa, ona zəng edib deyərəm ki, Naibə xanım, sizi təhqir edən olsa nə cavab verəsiniz?!

Ona zəng etməyə ehtiyac yoxdur. O, mənə zəng etmədiyi üçün mən də zəng etmədim”.

Qeyd edək ki, Afət Fərmanqızı bir müddət əvvəl ad çəkmədən İnstaqramda video paylaşaraq Naibə Allahverdiyeva haqqında "Bir aktrisa var, alt dodağı yer, üst dodağı göy süpürür. Bu aktrisa öz aləmində guya mənim cavabımı verib, xalq artisti ilə münaqişəmə münasibət bildirib. Əyri fikirlərin ağzın kimi əyridir”,-demişdi.

Xatırladaq ki, Flora Kərimova Afət Fərmanqınızını məhkəməyə verib. Xalq artisti Naibə Allahverdiyeva Flora Kərimovanı müdafiə eləmiş, bu isə Afət Fərmanqızının xoşuna gəlməmişdi.


Müəllif: Rəqsanə Həsənova