4 May 2022 21:18
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Həbibi ünvanına xoşagəlməz sözlər deyən həmkarı Nadir Qafarzadəyə cavab verib.

Teleqraf.com-un xəbərinə görə, Natavan Həbibi İnstaqramın hekayə bölümündə ad çəkmədən bu sözləri yazıb:

“Mənə əziz olmayan şou əhli, sözüm sizədir. Gedin, heç kimə lazım olmayan işinizlə məşğul olun! Qudurmayın. Dostluq etmək, məclisinə qatılmaq istəmədiklərim, özünüzə hörmət edin. Kamera qarşısında şirə dönməyin, hamınızı tanıyırıq. Mənim efirlərə çıxmağımın ilk səbəbi elə siz olacaqsız. Sizi tanımayanlara sizi tanıdacam. Maskalarınızı çıxarın. Haqqımı, haqqınızı istədiyiniz yerdə haqqıma girdiniz, Allah ağıl versin!

Sizə elə bu da azdır. Sizi insan, sənətçi, sənətkar yerinə qoyan olmayıb, elə də qalacaqsız. Yəni, qulluqçu, kloun vəziyyətindəsiz. Özünüzə hörmət qoymadınız. Aparıcıların, kanal işçilərinin köməkçiləri kimi danışdınız. Bizə qarşı çıxmaqla öz haqqınızı tapdaladız. Nə gündəsiz!?”.

Qeyd edək ki, Nadir Qafarzadə “7 Özəl” verilişində Natavan Həbibi haqqında bu sözləri deyib: “Natavanın ulduzluğu tutub. Dostlarını saymır, unudub. Elə insanlar var ki, uzunmüddətli dostluğu bacarmır. Ona tövsiyə edirəm ki, düşün, daşın, yaşın gedir. Mənim 50, sənin yaşın 40-a çatıb. Gənclik gedib, kaprizləri kənara qoy”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər