11 May 2022 23:14
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Survivor All Star"da iştirak edən və səhhətinə görə yarışdan uzaqlaşan 6 qat dünya çempionu Pərviz Abdullayev İstanbula qayıdıb.

İdmançının qardaşı Faiq Abdullayev Teleqraf.com-a açıqlamasında ayağındakı zədəyə görə yarışdan uzaqlaşmaq məcburiyyətində qalan Pərviz Abdullayevin səhhətinin hazırda yaxşı olduğunu deyib:

"Qardaşım Dominikandan İstanbula gəldi. Orada ayağından müalicə alırdı. "Survivor All Star" yarışına getməzdən öncə də ayağında zədə var idi. Oyunlarda zədə daha da dərinləşdi. Həkimlər bildirdilər ki, belə davam etsə, ayağında ömürlük zədə qala bilər".






Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər