12 May 2022 18:24
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı "Avroviziya 2021" müsabiqəsində təmsil edən Samirə Əfəndinin bu ilki təmsilçimiz Nadir Rüstəmlini deyil, Norveç təmsilçisini dəstəkləməsi tənqid edilib.

Teleqraf.com xəbər verir ki, ifaçı daha bir video paylaşaraq ünvanına deyilən "Ölkəsini deyil, Norveç təmsilçisini dəstəkləyir" fikrinə aydınlıq gətirib: "Sözümü başqa yerə yozmaq lazım deyil. Bir şeyə məyus oluram ki, Azərbaycan komandası bunu düşünmədi. Turində olan ərəfədə mənimlə maraqlanmadılar. Məni onlar dəvət etmək yerinə Norveç komandası dəvət etdi. Halbuki bunu Azərbaycandan gözləyirdim. Sözümü yozub başqa ölkəni dəstəklədiyimi bildirmək düzgün deyil. Mən bunu Azərbaycan haqda deməmişəm. Kim tərəfindən dəvət almışamsa, o ölkəni dəstəkləyirəm.

Mənim Norveç təmsilçisini dəstəklədiyim birinci yarımfinalda Azərbaycan təmsilçisi iştirak eləmirdi. Azərbaycan təmsilçisi "Avroviziya"nın bu gün ikinci yarımfinalında iştirak edəcək. Əgər bu qədər diqqətlisiniz və hər sözdən söz çıxarırsınızsa Turində verdiyim müsahibəyə baxın. O zaman biləcəksiniz ki, mən öz ölkəmə necə dəstək verirəm və uğurlar arzu edirəm. Həmçinin bu ilki iştirakçımıza... İşin içində olan mənəm və bilirəm ki, nə baş verir".

Qeyd edək ki, Samirə Əfəndi "Avroviziya 2022"nin Norveç təmsilçisini dəstəkləmək üçün sözügedən ölkəyə dəvət edilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər