15 May 2022 09:37
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Özgə həyatımdakı ən önəmli insandır. Bu, onunla ailə qurmamışdan əvvəl də belə idi. O, mənim ailəmdir. Ondan imtina etməyi heç ağlımın ucundan belə keçirmədim”.

Teleqraf.com xəbər verir ki, bu sözləri aktyor Burak Yamantürk Türkiyə mətbuatına müsahibəsində deyib.

Məşhur aktrisa Özgə Özpirinçi ilə ailəli olan aktyorun bu yaxınlarda qız övladı dünyaya gəlib.

Qısqanc olduğunu etiraf edən Burak Yamantürk “Özgənin sevişmə səhnələrinə qarşı çıxarsan?” sualına “Xeyr, mən onun işinə qarışmıram. İşində istədiyi hər şeyi öz qərarı ilə edir, ona qarışmaq mənim həddim deyil”, - deyə bildirib.

“Uzun saatlar, stress...”

“İlk baxışdan aramızda izaholunmaz bir şey oldu. Özgə ilə “Tatar Ramazan” serialının çəkilişlərində tanış olduq. O, ikinci mövsümdə ortağım kimi seriala daxil oldu. Peşələrimizin eyni olmasının bir çox üstünlükləri var. İşlə bağlı təkbaşına qərar vermirəm. Onun da fikri önəmli olur. Aktyorun başqa peşədən olan biri ilə birlikdə olması mənə görə çox çətindir. Çünki başqası vəziyyəti çox yaxşı başa düşməyə bilər. Uzun saatlar, stress...”

“Sevgi şəklini dəyişir”

“Sevgi şəklini dəyişməsə nə həyatınızı, nə də münasibətinizi davam etdirə bilərsiniz. Çünki əvvəlcə buludların üstündə olursan, heç nə düşünmürsən və bir müddət belə gedir. Sonra aranızda başqa bir bağ yaranmağa başlayır...Daha güclü bir bağ. Evlilik həyatımızda heç nəyi dəyişmədi, demək olar ki, münasibətimiz başlayandan bəri eyni evdə yaşayırıq. Fikrən evliydik, sadəcə imzamız yox idi. Övladımız dünyaya gələcəyi üçün dövlətin tələblərini nəzərə alaraq “Yaxşı, onda gəl evlənək” deyib, münasibətimizi qanuniləşdirdik”.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər