Xalq artisti Brilliant Dadaşova Xəzər televiziyasında yayımlanan "Şourum" verilişində açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova küsülü olduğu əməkdar artist Lalə Məmmədova haqda bu sözləri deyib: "Desəydin ki, Brilliant Dadaşovaya qulaq asıram, sən mənə səlahiyyət vermiş olardın. Sən bu fikri bildirməmisənsə, hər bir məntiqi, savadı olan insan bunu anlayır. Mən də özümü məntiqli insan hesab etdiyim üçün danışmadım, çünki səlahiyyət verilmədi".
Xalq artisti Lalə Məmmədova ilə küslü olmadığını qeyd edib: "Onunla tanış deyiləm ki, küsüm. Küsmək üçün bir insanla tanış olmaq lazımdır. Sadəcə gördüm ki, oxuyur, mənim səs tembrimdə ifa edə bilir. Bu, asan iş deyil. Ondan soruşmuşdular ki, kimi dinləmisən? O zaman başqa müğənninin adını çəkmişdi. Ona görə də susdum. Sonra da demişdi ki, niyə Brilliant məni müdafiə etmir... Adımı çəksəydi deyərdim ki, niyə onun üzərinə gedirsiniz, mahnımı dinləyir".
Xalq artisti ondan incik düşən həmkalarından da danışıb: "Küsdüyüm insanlarla barışıram. Ümumiyyətlə, küsməyi xoşlamıram. Həyatımdan sildiyim insanlar başqadırlar. Onlar təhlükəli insanlardırlar. O insan ki, sənin adına yalan danışa bilir, şər-böhtan atır, onlar təhlükəlidirlər. Elə insanlardan uzaq olmaq lazımdır. Özümü elə insanlardan qoruyuram".