26 May 2022 11:32
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Lalə Azərtaş sözünü yanlış başa düşənlərə ismarış göndərib.

Teleqraf.com xəbər verir ki, o, İnstaqramda bu sözləri yazıb:

“Nənələrin sözünü Lalə Azərtaşın sözü kimi insanlara çatdıranların diqqətinə… Lazım olan adamlar bunu lazımsız yerə müzakirə etdi, anlayanlar isə müzakirələrə təbəssüm elədi. İndi vicdanınız varsa, bunu belə paylaşın. Lalə Azərtaş deyir ki, mənim qədər qadınları müdafiə edin, haqqını tapdanmaga qoymayın, hər gün neçə ananın gözyaşını silin, dağılmaqda olan ailələri xilas edin, insanlara əl uzadın, onların üzün güldürün!

Allah mənə vasitəçi kimi gözəl missiya verib! Nə vaxt nənələr yox, mən deyərəm, onda yazarsınız! Yeri gəlmişkən, nənələr, babalar, analar, atalar da nə deyibsə, düz deyib. Xanımlara, analara salam olsun, əllərindən öpürəm. Bəzilərinə isə salamla yanaşı bircə kəlmə demək istəyirəm, Allah günahlarınızı bağışlasın. Siz öz yolunuza davam, mən də öz yoluma.

Reytinq üçün dəyər çeynəyənlər, yemək yediyi qaba tüpürənlər, insan beynini zəhərləyənlər, bir də ən əsası məni görəndə üzümə gülümsəyənlər, yazın ki, bir ailə xilas olundu, dağılmadı və 2 uşaq atasız qalmadı…”

Qeyd edək ki, Lalə Azərtaş Xəzər televiziasında yayımlanan "Təsir dairəsi" verilişində "Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan. Hələ nənə-babalarımız demiş, ayağının kirini suyunu da içəcəksən", - fikri birmənalı qarşılanmamış, tənqidlərə məruz qalmışdı.


Müəllif: Rəqsanə Həsənova