Türkiyənin məşhur müğənnisi Gülşən Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Gülşən konsertdə "Buraya gəldiyimə görə çox xoşbəxtəm. Özümü öz ölkəmdəki kimi hiss edirəm",-deyə təəssüratlarını bölüşüb.
Səhnəyə açıq-saçıq geyimdə çıxan ifaçı sevilən mahnılarını səsləndirib.
Konsertin aparıcısı Vüsalə Əlizadə olub.
Qeyd edək ki, müğənni Sevil və Sevinc Səfərova bacıları, aktyorlar Elməddin Cəfərov və Fərda Amin də ifaçını dinləyən qonaqlar sırasında olublar.