Türkiyəli aktyor Oğuzhan Koç toy mərasimində Demet Özdemirə bahalı hədiyyəsi ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Oğuzhan Koç Demet Özdəmirə toy hədiyyəsi olaraq İtaliyanın “Bulgari” markasından boyunbağı hədiyyə edib. Boyunbağının qiyməti 47.500 avro təşkil edir.
Qonaqların zəriflik yarışına girdiyi toyda məşhur müğənni Oğuzhan Koçun ayaqqabıları da diqqət çəkib.