Aparıcı Mətanət Əliverdiyeva ideal ailə üçün pulun vacib olduğunu düşünür.
Teleqraf.com xəbər verir ki, Mətanət “Gün üzü” verilişində maraqlı açıqlamlar verib. O, pulun özü ilə bərabərində xoşbəxtliyi də gətirdiyini söyləyib:
“İndi xanımlar pullu kişi axtarırlar. Buna pis baxmıram. Qadına bütün günü qızılgül bağışlayan kişini ideal hesab etmək olmaz. Gözəl ailə üçün pul olmalıdır. O qızılgül bir gün, iki gün xoş təəssürat bağışlayacaq. Axırda onun tikanları çıxacaq, söz-söhbət yaranacaq, evdə mübahisə düşəcək. Hər şey pulun üzərində dayanır. Pul olan yerdə məhəbbət də, romantika da öz-özünə yaranacaq”.
Rüstəm