Aktrisa Ülviyyə Xəlilbəyli həyat yoldaşı, aktyor Murad İsmayılovdan ayrılıq xəbərlərinə ilk dəfə cavab verib.
Teleqraf.com xəbər verir ki, Ülviyyə Xəlilbəyova İnstaqramda hekayə bölümündə bunları yazıb.
"Bu haqda ilk dəfə danışacam. Heç vaxt danışmamışam. Daha çox susmağa üstünlük vermişəm. Amma deyim ki, hər ailədə problem nəticəsində soyuqluq olur, amma boşanmamışam".
Aktrisa "Boşanmağınız reklamdır" sualını "Bu qədər ucuz reklama getmərəm. Çünki qarşınızda bir aslan var",-deyə cavablandırıb.