Türkiyənin tanınmış komediya ustası Cem Yılmaz model Ayşə Xatun Önalla eşq yaşayır.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa-model olan Ayşə 1999-cu ilin “Türkiyə gözəli” seçilib. Cütlük ilk dəfə aktyorun “Son ümid” filminin qala gecəsində bir araya gəlib. Aktyor keçmiş həyat yoldaşı Ahu Yağtudan 2013-cü ildə boşanıb. Avstraliyalı dizayner Melaniya Şepherdlə birlikdə olmuş Cem.Y hazırda isə o, A.X.Önalla münasibətə başlayıb.
Qeyd edək ki, Cem Yılmaz və Ayşə Xatun Önal artıq sosial şəbəkədə də bir-birlərini izləməyə başlayıblar.
Rüstəm