Xəbər verdiyimiz kimi, əməkdar artist Nigar Şabanova hərbçi həyat yoldaşı Xəyyam Qaragözovdan boşandığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Nigar Şabanova İnstaqramda hekayə bölümündə onu tənqid edənlərə sərt reaksiya göstərib: "Sizin kişi dediyinizin tezliklə səs yazılarını paylaşacam. Görərsiniz ki, əyninə hər forma geyinən kişi ola bilmir. Kişi, ailə başçısı, qeyrətli oğlan olmaq başqa işdir. Pis yazan hər kəsin əziz övladına onun kimi ailə arzu edirəm. Yaxşı yazıb anlayışla qarşılayanların balasını Allah xoşbəxt eləsin.
Kaş bütün xanımlar mənim qədər ailəsini qorumağa çalışaydı. Kişilik qanda yoxdursa, sonradan heç bir qadın onu əmələ gətirə bilməz ərinsə. Hamı sussun! Əlimdəki sübutları onun peşəsinə, formasına hörmət edib paylaşmıram".