Türkiyənin tanınmış teleaparıcısı və media-holdinq rəhbəri Acun İlicalı "Survivor" verilişinin xususi buraxılışını hazırlayır.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, Acun "Survivor All Star" üçün seçimlərə başlayıb. Bu dəfə əvvəlki buraxılışlarda iştirak edən ən maraqlı ulduzlar ekzotik adalardan birində yarışacaqlar.
Acun bu məqsədlə birinci təklifi müğənni Nihat Doğana edib. "Survivor"un ən çox müzakirə olunan ulduzlarından biri olan Nihat öz məşhurluğuna arxayın olaraq bunun qarşılığında Acundan 1.5 milyon lirə (500 min manat) istəyib.
Acun isə bunu yüksək məbləğ hesab edərək təklifini razılığa gəlməyib.
Rüstəm