“İnsan övladı üçün yaşayır. Mən illərimi qızıma həsr etmişəm, onun üçün yaşamışam. 19 yaşımda ailə qurmuşam, övlad üçün canımı verən anayam. Heç nəyin çoxunu istəməmişəm, qədərində... Qızımın "hə" mərasimi oldu, bu, hələ nişan deyil".
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu ATV kanalında qızı Günelin "hə" mərasimindən danışarkən deyib:
"Oğlan tərəfini araşdırmamışam, ehtiyac da yoxdur. Araşdırsam, çox dərinlərə gedə bilərəm. Hər şeyin öz yeri var. Allah bütün balaları xoşbəxt eləsin. Oğlan haqda yalnız onu bilirəm ki, ailəsi qarabağlıdır. Qızımla o qədər də açıq deyiləm, bir az qapalı uşaqdır. İki ildir bir-birilərini sevirlər.
Qızımı özümə övlad kimi yox, bacı kimi görürəm. Oğlum Əli evlənəndə qaynana olmağa hazır olacam, indi yox. Qızım memarlıq ixtisası üzrə ikinci kurs tələbəsidir. Oğlan da təhsil alıb, amma hansı fakültəni bitirib, harada işləyir və sair soruşmağa utanıram. Hələ toy istəmirəm, mən nə deyəcəm o olacaq. İstəyirəm ki, qızım təhsilini davam etdirsin. Nişan mərasimi müddətində bir-birilərini tanısınlar".