Türkiyəli məşhur aktrisa Hande Erçelin iş adamı Hakan Sabancı ilə sevgili olduğu iddia edilib.
Teleqraf.com xəbər verir ki, iddialara görə, aktrisa Hakan Sabancı ilə Emirqanda məkanların birində əylənib.
Hande Erçel "Tvitter" hesabında yayılan iddiaları təkzib edib: "Hər səhər başqa bir xəbərlə oyanıram. Həyatımda kimsə yoxdur. Məni xəyal dünyanızın içinə çəkməyin".
Qeyd edək ki, yaxın günlərdə Hande Erçelin keçmiş sevgilisi Kərəm Bürsinlə yenidən barışması haqqında xəbərlər yayılmışdı.