19 Noyabr 2022 00:59
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Karsu Bakıda Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Karsu konsertdə ölkəmiz haqqında təəssüratını bölüşüb: "Amerikada, Avropada konsert turuna çıxdım, hər zaman ən böyük xəyalım Azərbaycanda konsert vermək idi. Bura gəlmək istəyirdim. Konsert dəvəti gəlməmişdi. Üç il əvvəl Bakıya istirahətə gəldim, beş gün şəhəri gəzdim. Çox bəyəndim. Məni Bakıda görənlər sevinclə "Karsu bura gəlib" deyirdilər. Ondan sonra dedim ki, nə zamansa konsert verəcəm. Anam Azərbaycanı çox sevir. Təyyarəyə minmədən əvvəl anama zəng edib, dedim ki, sənin xəyallarını gerçəkləşdirirəm. Anamdan Azərbaycanı çox sevməsinin səbəbini soruşdum. O, çox sərt xanımdır. Ağlamağa başladı və dedi ki, Hollandiyada azərbaycanlılar var və onlardan gördüyq sevgi və hörməti başqa heç kəsdən görməyib.

Evdə kiçik yaşlarımdan Azərbaycan mahnılarını dinləməyə başlamışam. Firkət Əmirovun əsərlərini ifa edirdim. Əzizə Mustafazadənin əsərlərini dinlədim. Ona görə arzum Azərbaycanda konsert vermək idi".

İfaçı konsertində Azərbaycanın xalq mahnıları "Ay qız" və "Sarı gəlin"i də ifa edib.

Karsu Bakı konsertində səhnədə evlənmə təklifi aldığını da etiraf edib.

Qeyd edək ki, gecənin qonaqları qismində müğənnilər Etibar Əsədli və Ələfsər Rəhimov da çıxış edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər