21 Noyabr 2022 17:53
2 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova Azad Azərbaycan televiziyasında həyat yoldaşı, iş adamı Fazil Əmiraslanovun ilk evliliyi haqda danışıb.

Teleqraf.com xəbər verir ki, ifaçı Fazil Əmiraslanovun ilk nikahının rus xanımla olduğunu deyib:

"Onunla 2012-ci ildə tanış olmuşuq, altı-yeddi ay dost kimi danışdıq. Fazil müəllimdə diqqətimi çəkən əsas xüsusiyyət qadına hörmət idi. Bir dəfə rus xanımla evli olub, iki övladı var. Hərdən instaqram hesabımda yazırlar ki, xalqın ailəsini dağıdıb, balalarını ortada qoyub. Əksinə, Fazil müəllimlə həyat yoldaşından boşanandan sonra tanış olmuşuq. Ona qədər Fazil müəllimi tanımamışam.

Bir dəfə restoranında çıxış etmişəm. Ondan sonra görməmişəm və yalnız toy mərasimlərinin birində görmüşəm. O, ilk gündən mənə dedi ki, münasibətim ciddidir və istəyir ki, həyatında vuran-tutan xanım olsun.

Fazil müəllimin övladları ilə görüşürük. Oğlu Elvin hər zaman yanımızdadır. Amma qızı ilə münasibətimiz yoxdur, o, anası ilə gedib. Övladlarımı Fazil müəllimə görə dünyaya gətirmişəm".

Qeyd edək ki, cütlüyün iki övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər