23 Noyabr 2022 14:23
1 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Hadisənin iş adamı Rza Zərrabla vatsap hesabından mesajlarının istintaq sənədinə daxil edildiyi iddia olunub.

Teleqraf.com xəbər verir ki, Hadisə Rza Zərrabla sevgili olması haqqında xəbərlər yayımlandıqdan sonra Amerikada olan iş adamıyla vatsap hesabından yazışıb. İstintaq sənədlərinə daxil olan yazışmalarda Rza Zərrabın Hadisəyə "Məni də bitirdin, özünü də" deyə üsyan etdiyi qeyd olunub. Müğənni isə iş adamına cavabında "Səninlə yaşadıqlarımdan əsla peşman deyiləm. Bunu Kaanı təsəlli etmək üçün etdim. Mən şübhə altında idim, məcbur idim. Xahiş edirəm, mənə təzyiq etmə”,-deyə cavab verib.

Hadisənin eyni zamanda iş adamını birlikdə fotolarının olduğunu da xəbərdarlıq etdiyi bildirilib.

Qeyd edək ki, Rza Zərrab Ebru Gündəş ilə 11 il evli olub. İkilinin bir qızı var. Hadisə isə aktyor Kaan Yıldırımla sevgili olub. İfaçı daha sonra iş adamı Mehmet Dinçerler ilə ailə qurub. Bu evlilik dörd ay davam edib.


Müəllif: Rəqsanə Həsənova