28 Noyabr 2022 17:38
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olundu:

***

Xalq artisti Niyaməddin Musayev Bakıda fəaliyyət göstərən idman zallarından birində yayılan fotosundan danışıb.

Niyaməddin Musayev Teleqraf.com-a açıqlamasında hər gün idmanla məşğul olduğunu deyib:

“Hər gün idmanla məşğul oluram, həyatda idmandan gözəl nə var? Ölkəmizin idman zallarında çox gözəl şərait yaradılıb, idman etmək sağlamlıqdır. Bədəni tərbiyləndirir ki, aşıb-daşmasın, harınlamasın.

Mən hər gün idman zalına gedirəm. Yoqa, üzgüçülük, yüngül atletika ilə məşğul oluram. Əzələləri möhkəmləndirmək üçün alətlərdən istifadə edirəm. Müəyyən yoqa hərəkətləri ilə məşğul oluram”.

Qeyd edək ki, Niyaməddin Musayevin 82 yaşı var.


Müəllif: Rəqsanə Həsənova