30 Noyabr 2022 12:31
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktrisası Tuba Büyüküstün aktyor Engin Akyüreklə sevgili olması haqqında yayılan iddialara cavab verib.

Teleqraf.com xəbər verir ki, aktrisa deyilənləri təkzib edib: “Sevgili olan Engin və mən deyilik, qarışdırmayın, Elif və Ömərdir... Çox gözəl bir sevgi hekayəsidir. Təsadüfi deyil ki, dünyanın bir çox yerində insanlar hələ də bu sevginin təsiri altındadır. Hamı sevindisə, kədərləndisə və bu barədə danışdısa, indi sakitləşə bilərik. Yoxsa bu dedi-qoduya həqiqətən inanırsınız? Bunu demək üçün daha bir neçə gün gözləməli deyildinizmi?"

Qeyd edək ki, Engin Akyürekin Parisdə tez-tez Tuba Büyüküstünün taxdığı sarğısını biləyinə bağlaması sevgi iddiasını gücləndirib.


Müəllif: Rəqsanə Həsənova