3 Dekabr 2022 12:08
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Vüsalə Əlizadə hüquq-mühafizə orqanlarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, Vüsalə bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib.

"2 saat öncə şəhərdə tıxac əlindən addım atmaq olmur və yol açılır. Hava limanı yoluna çıxıram. Birinci yoldan işarə edib, yol almaq istəyirəm, görün başıma nə oyun açır, yolumu necə kəsir. Yolumu kəsməyi bəs deyil, əl-qol çıxarıb, bağırır, təhqir edir. Avtomobildə tək olsaydım, mənə bu qədər təsir etməzdi.

Anamı əməliyyatdan çıxarıb evə gətirirəm, ağrısı çox dəhşətlidir, dözə bilmir. Bu tərbiyəsiz kimdirsə, yol-hərəkət qaydalarını pozması bəs deyil, mənə də qəza şəraiti yaradır. Bu, məcbur olub, telefonla çəkdiyim videonun az hissəsidir. Çox rica edirəm, bu tərbiyəsizi tapıb tədbir görəsiniz və etdiyi şərəfsizliyə görə üzr istəsin. Ölkəmin polisinə güvənirəm. İnanıram ki, şikayətimə tez bir zamanda baxılacaq", - deyə qeyd edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər