13 Dekabr 2022 13:36
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Afaq Gəncəli ARB televiziyasında yayımlanan "Söz-Baz" verilişində şəxsi həyatı haqqında danışıb.

Teleqraf.com-un xəbərinə görə, o, ailəsi haqqında məlumat verib: "Atam diplomat idi, ərəb dilindən tərcüməçi kimi çalışırdı. Biz Suriyada yaşayırdıq. Anam müəllimə idi. Vaildeynlərim çox nizam-intizamlı insanlar idilər. 8 yaşım olanda Bakıya qayıtdıq. Məktəbi bitirdikdən sonra universitetə daxil oldum".

Afaq Gəncəli şəxsi həyatından da danışıb: "Məktəbi bitirərkən hər bir qız uşağının ailə qurub övlad sahibi olmaq həvəsi olur. 23 yaşında ailə qurdum, 25 yaşımda övladım oldu. Bu günə qədər deyirəm ki, keçmiş həyat yoldaşım çox gözəl insan idi, yaxşı xasiyyəti vardı. Sonradan vəfat etdi.

Ailə qurarkən valideynlərim dedilər ki, bəlkə düşünəsən... Öz qərarlarını özü verən insan olmuşam. Həyatda iki Afaq var, bir Afaqın ayağı daşların üzərində gəzir. Həyat yoldaşımdan ayrılmağıma görə peşmanlığım yoxdur. Hətta səhvim olanda da peşman olmuram. Səhvlərimdən ibrət almağa çalışıram. Mənə deyirlər ki, axı, sən o deyilsən, niyə bu qədər xoşbəxt görsənirsən...

Əslində, bədbəxt də qadın deyiləm. Mən neqativi insanlara yansıtmıram. Bu sənətdə olan hər bir xanım əgər bu yolu və peşəni seçibsə "mən bezmişəm" deməyə ixtiyarı yoxdur".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər