Müğənni Rəqsanə İsmayılova MTV Azərbaycan kanalında yayımlanan "Səhərin səsi" verilişində həmkarı Damla haqqında qalmaqallı sözlər deyib.
Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova Damla haqqında bu sözləri deyib: "Səkkiz mahnı bəyənmişdim və əvvəlcədən beh qoymuşdum. Sonra Moskvada toy mərasimlərim oldu, mahnının müəllifi ilə görüşə bilmədim. Görüşüb pulu verəndə bəstəkar bildirdi ki, mahnıların pullarının hamısını birdən istəyir. Cavab verdim ki, 20 ildir sənətdə olan adam oxumadığı mahnıların pulunu öncədən necə verə bilər? Səkkiz mahnını qızım Aysunla seçmişəm. Qarşı tərəf bizə dedi ki, mahnıların aranjemanını da özü edir. Dedim, heç kim aranjemanlarıma qarışa bilməz. Bu qanunu mənə qoya bilməz!
Sonra məlum oldu ki, mənə gələn mahnılar həmin xanıma (Damlanı nəzərdə tutur) da gedib. Həyatda heç vaxt peşman olmuram. Danışdığım sözü düzgün yaymaq lazımdır. Ağzımdan çıxan hər kəliməyə cavabdehlik daşıyıram, uşaq deyiləm. Etdiyimiz hər bir yaxşı əməlimiz Allahla aramızda olsa yaxşıdır.
Mənə qarşı səhvi edən Damladır, bəstəkarda səhv görmürəm. Bir dəfə də mahnı üstündə problem yaşamışdıq. Əlimdə mikrafon Azərbaycanı fəth edəndə o, qənddandan qənd doğrayırdı, oxuyan deyildi. Ona öz övladım kimi qapı açmışam və onun yanında olmuşan. Həmin mahnıya görə Damlaya zəng etdim ki, bu mahnını Aysunla oxuyacağıq. Dedilər ki, mümkün deyil. O mahnıya da pul vermişdim. Amma böyüklüyüm oldu ki, onlar mahnını çıxarmadan mən çıxarmadım".
Hadisədən bir ay keçmədi, onlar ayağıma gəldilər. Elə bir halda gəldilər, deyərdim ki, ondan betər olsunlar.
Damlaya zəng etmədim, mesaj yazdım. Əslində, bizim ətrafımızda elə insanlar var ki, problem yaradırlar. Buna görə istər-istəməz müğənnilərlə davalarımız olur. Damla pis qız deyil. O mənə heç nə edə bilnəz. Nə qədər ki, yanında prodüsser Şamil İbrahimov var, başı çox bəlalar çəkəcək, qız problem yaşayacaq. Üç dəfə problemi oldu. Üçüncü dəfə də Moskvada...
Mənim də ailəmin problemi olub, toylarım əlimdən gedib, dolana bilməmişəm. Onun da həyatında elə şeylər baş verib ki, böyüklüyümü göstərib mesaj yazmışam. Onların dar məqamında telefonu götürüb dəstək verəni olmayıb. Bu bədbəxtçilik deməkdir.
Ətrafımda elə dostlarım var ki, gecə saat 3-də də zəng etsəm kömək etməyə hazırdırlar. Burada bu məsələyə son qoyuram və demək istəyirəm ki, onlat tay-tuşum deyillər. Mənim toylarıma toxuna bilməzlər. Sadəcə mənə haqsızlıq etdilər, mən də onu qəbul edə bilmədim. Yalnız Allahıma dedim ki, gərək etdiyim yaxşılığı deməzdim.Yoxsa heç nəyə görə peşman olan deyiləm".
Qeyd edək ki, hər iki məşhur arasında "Ay ürəyim" mahnısına görə problem yaşanıb. Mahnının müəllifi Aqşin Azəridir. Rəqsanə İsmayılova Damla haqda efirlərin birində “Damla Moskvaya gələndə böyük problemlə üzləşmişdi. Damla yadına salsın, pandemiyada əlində çamadan Dağıstanda yolun qırağında qalmışdı. Zəng etmədikləri yer qalmamışdı, amma mən qadınlığımla onun Azərbaycana gəlməsinə kömək etdim. Moskvada 100 minlik problemini həll etdim", - deyə açıqlama verib.