6 Yanvar 2023 12:04
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam artıq çəkisini plastik əməliyyatla atması haqqındakı iddialara cavab verib.

Teleqraf.com xəbər verir ki, Xatirə İslam İnstaqramda foto paylaşaraq məsələyə aydınlıq gətirib.

"Yenə dayanmırsınız. Biri yazır ki, mədəkiçiltmə, biri fotoşop, biri deyir mədə balonu qoydurub. Ay insanlar, bu dəfə özümü sınaq etdim və bacardım, tam da istədiyim nəticəni almamışam. Amma davam edirəm. Bu, mənim öz metodumdur. Kim bildi-bilmədi, gördü-görmədi yazır. Arada dayanın. Çörək, şirniyyat, qızartma - bunları hələlik unudun. Sonra yenə deyəcəm", - Xatirə İslam qeyd edib.


Müəllif: Rəqsanə Həsənova