3 Fevral 2023 17:12
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhnə və rəqəmsal platformlardan bir müddət uzaq qalan Azərbaycanın məhşur estrada müğənnisi Elçin Cəfərov yeni lahiyəsini təqdim edib.

Teleqraf.com ki, klip üzərində Ajda Pekkan, Bengü, Yalın, Hadise, Mustafa Ceceli kimi populyar simalarla əməkdaşlıq edən, həmçinin “G.O.R.A”, “Şans kapıyı çalınca”, “Aşk tesadüfleri sever”, “Deliha”, “Kardeşim benim” filmlərinin quruluşçu rejissoru Veli Kuzlu və onun əməkdaşlıq etdiyi “The Post Brother” komandası işləyib.

Ekran işində “Kanatsız kuşlar”, “Kiralık aşk”, “Medcezir”, “Hercai” kimi seriallarda rol alan aktrisa Özlem Gezgin yer alıb.
Ssenari bir zamanlar sevgili olan cütlüyün illər sonra qarşılaşması və yenidən eşq yaşamasından bəhs edir.
Elçin və Özlem Gezginin obrazı üzərində stilist Şule Zeytinci işləyib. “Qara uzun saçlar”ın layihə meneceri “Sartorial artist management” şirkətinin rəhbəri Vüqar Husiyevdir.
Kemal Yıldızın rejissorluq etdiyi “Qara uzun saçlar” klipi muğənninin musiqi və rəqəmsal platformlarında dinləyicilərin ixtiyarına verilib.

Mahnının sözləri və musiqisi Elşən Mövsümova, aranjımanı Elvin İmanova aiddir.


Müəllif: Teleqraf.com