Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova bu gün mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, bəstənin sözləri İsra Gülümsərə, musiqi Heyreyə, aranjimanı isə Tolqa Çelikə məxsusdur.
Jurnalistləri salamlayan ifaçı klip haqqında da fikirlərini bildirib :
"4 ildir ki, sənətdən uzaq idim. Səbəbi isə başımın şəxsi həyatıma qarışması idi. Artıq bu gündən etibarən yenidən yaradıcılığıma start vermişəm. Bu gün yeni klipi təqdim edirəm. Düşünürəm ki, pərəstişkarlarımda bəyənəcək. Türkiyədə tanınmış sənətçilərdən Ozan Çolakoğlu, Sərdar Ortacdan və digərlərindən mahnı oxumuşam. Həmin bəstələri zamanla təqdim edəcəm".
İfaçının “Olmamalıydı” adlı klipi də yaxın müddətdə ekranlara çıxacaq. Bundan əlavə ifaçının 5 mahnısı ardıcıl şəkildə yayıma buraxılacaq.
Qeyd edək ki, "Seneler" klipin resjissoru Gülşən Aybabadır. O, keçmiş futbolçu " Beşiktaş" klubunun texniki direktoru Samet Aybabanın qızıdır.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm