7 Fevral 2023 17:36
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Mahsun Kırmızıgülün fevralın 12-də Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti Türkiyədə baş verən zəlzələ səbəbilə təxirə düşüb.

Bu haqda Teleqraf.com-a “Anadolu Events”in rəhbəri Eyyub Hüseynzadə məlumat verib:

"Mahsun Kırmızıgülün konsert ləğv edilməyib, təxirə salınıb. Konsert proqramı martın 12-də baş tutacaq. Hazırda qardaş ölkə Türkiyənin yanındayıq".

Qeyd edək ki, fevralın 8-də "Anadolu Ateşi" rəqs qrupunun Bakıda keçirəcəyi konsertin də vaxtı dəyişdirilərək 19 fevrala təyin edilib.

Müğənni Sertab Erenerin fevralın 14-də Bakı Konqres Mərkəzindəki konserti də təxirə düşüb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər