8 Fevral 2023 13:08
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkəmizdə bizə ehtiyac duyan insanlar var. Hamımızın övladı var. Allah heç kimi övladsız, ailəsiz etməsin. Ölkəm adına mən və Xoşqədəm xanım nəsə etmək istəyirik, sizin sayənizdə. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevə sonsuz təşəkkür edirəm. Yenə Türkiyəyə qardaşlığını göstərdi. Allah razı olsun.

Teleqraf.com xəbər verir ki, bu sözləri türkiyəli müğənni Doğuş deyib.

O, zəlzələ bölgəsinə gedəcəyini açıqlayıb: "Qiymətli Azərbaycan xalqına təşəkkür edirəm. Hər zaman bir-bizimizə qardaşlığımızı göstərməyə davam edəcəyik. Türkiyədə bizə ehtiyac duyan insanlar var. Yata bilmirəm, yemək yeyə bilmirəm. Orada mənim övladlarım da ola bilərdi. Zəlzələ nəticəsində dostlarımızı itirdik. Yaxın günlərdə görüşdüyümüz dostlarımız hazırda yaşamırlar. Həyatım boyu ac qaldığım illərdə belə heç kimdən çörək istəmədim. Amma bu məsələ vətən, millət məsələsidir. Dəstək olsanız, çox xoşbəxt olaram".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər