21 Mart 2023 20:51
2 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) həyat yoldaşı Röyal etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Röyal sosial şəbəkədə bu sözləri yazıb:

"Bir gün evə gəldim ki, Tünzalə Zəhrama deyir ki, gözəl qızım, mən olmayacam. Atanın sözünə qulaq as. Hər ikisi ağlayırdı. Bu sözü övladın demək üçün insanda böyük ürək olmalıdır. Bu sözü övladına kim deyə bilərdi. Bu ölümündən iki gün öncə idi, mənimlə də sağollaşdı. Allahım şahiddir ki, o anı necə keçirdim. Həyat dostun, ömür-gün yoldaşın, sevdiyin o gözəl xanım səninlə vidalaşır. Mən o an evdən çıxıb getdim. Onun gözlərində həmin an nələr gördüm, Allahım. Gözəl yarım, Zəhram sənə necə də bənzəyir. Mənim tək varlığım sən idin, indi isə tək yaşama səbəbim sənin qızındı".




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər