Müğənni Lalə Məmmədova millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, məşhur mahnıların müəllifi Novruz Aslanı sosial şəbəkə vasitəsilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, müğənni millət vəkili ilə fotolarını paylaşaraq bunları yazıb:
"DostIuq-unudulmayacaq qədər gözəl və yalnız nadir insanIarla yaşanacaq qədər özəldir! Ad gününüz mübarək, maestro! Nəğmələrinizlə xalqımızın qəlbində daim yaşayacaqsınız! Sizi illər qorxuda bilməz. Necə ki, mahnınızda deyildiyi kimi “Yaşın nə fərqi var ki?” Tanrı Sizi qorusun!"