Müğənni Beyons və Adidas yollarını ayırır.
Teleqraf.com "The Hollywood Reporter"- ə istinadən xəbər verir ki, “Qremmi” qalibi və alman həyat tərzi brendi bəzi məsələlərdə anlaşa bilməyiblər.
Beyons 2018-ci ildə "Adidas"-la yaradıcı tərəfdaşlığa başladı. Və "Ivy Park" idman geyim xəttini işə saldı, marka üçün yeni ayaqqabı və geyim dizayn etdi.
Nəşr yazır ki, görünür, "Ivy Park" və "Adidas" arasında ciddi yaradıcılıq fərqləri var və Beyons öz brendini yenidən qurmağa, öz yolunu cızmağa və yaradıcılıq azadlığını qorumağa çalışır.