28 Mart 2023 12:52
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avroviziya” qalibimiz Nigar Camal Londonda BBC1 kanalının qonağı olub.

Teleqraf.com xəbər verir ki, verilişə çəkilmək üçün özəl dəvət alan sənətçi müsabiqənin builki finalından 1 saat öncə yayımlanacaq layihədə qonaq olacaq.

Son 26 ildə Birləşmiş Krallığın britaniyalı yeganə qalibi olan Nigar proqramda müsabiqə ilə bağlı bir çox məqamlara aydınlıq gətirib və sualları cavablandırıb.

Qeyd edək ki, Nigar Camal və Eldar Qasımov 2011-ci ildə “Runing Scared” mahnısı ilə müsabiqənin qalibi olub. Onlar son 12 il ərzində dünyanın müxtəlif ölkələrində “Avroviziya” ilə bağlı layihələrdə, həmçinin, seçim gecələrində iştirak ediblər və səhnə alıblar.


Müəllif: Rəqsanə Həsənova