Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ifaçının haqqındakı bildirdiyi fikirlərə cavab verib.
Teleqraf.com xəbər verir ki, Canana İnstaqramda bu sözləri yazıb:
"Sonra deyirsiniz ki, Canana nə üçün danışdı. Balalarımı mənə vermədiniz, çox ağıllı addım atdınız. Bilirdiniz ki, balalarımı versəniz, onların yaşamasına ev verməlisiniz. Çünki o uşaqlar haqqı olan evdə yaşamalıdır. Heç kim gəlib mənim balalarımın haqqı olan evə sahib çıxa bilməz. Sonradan Kərimi instaqramda tapıb, gəlib, arvadı olub uşaqlarımın haqqı olan evdə yaşaya bilməz. Mən və uşaqlarım iki ildir bir-birimizlə ayrı düşmüşük. Balanı anadan ayrı salanlar o dünyada cavab verəcəklər. Dünya malına görə...
Evim olmadığına görə uşaqlar illərlə evlərinin hazır olmasını gözləyirlər. Bir ana olaraq balalarımın o arzusuna görə onlardan ayrı qalıram. Məni heç kim başa düşmür".
Canana gözəllik salonunun Mətanət İsgəndərli tərəfindən bağlanıldığını iddia edib: "Qurduğum salon biznesini bağlatdıranda bilirdiniz ki, qazanc yerim olmayacaq. Çox ağıllı addımlarla mənə zərbə vurub qalxmağa qoymurlar. Xoşqədəm Hidayətqızı, siz nə üçün yalan deyirsiniz, mən heç vaxt sizə müraciət etməmişəm. Mətanət xanıma deyirəm, balalarım haqqı olan evdə yalnız sizinlə yaşaya bilər, ikinci həyat yoldaşı ilə yox. Uşaqlarımın sizin yanınızda qalmasına icazə vermişəm. Onların oğlunuzun 3 uşağın üstünə aldığı arvadıyla bir yaşamasına icazə vermirəm".
Qeyd edək ki, Mətanət İsgəndərli Canana haqqında "Günaydın, Azərbaycan" verilişində
"Onu uşqlarından ayıran olmayıb. Özü gətirib. Öz xoşu ilə verib bizə. İstədiyi vaxt gəlir aparır. Haqqı, hüququdur. Nə vaxt istəsə, gəlib uşaqları apara bilər",-deyib.