11 Aprel 2023 17:26
2 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur stilist Anar Ağakişiyev MTV Azərbaycan kanalında müğənni Nigar Camalla küsülü olmasından danışıb.

Teleqraf.com xəbər verir ki, Anar Ağakişiyev bu sözləri deyib:

"Onu görəndə görüşəcəm? Yox, əsla! Salam verər, cavablandıraram. Bu qədər sadə. Çünki o məsələdə mən bitərəf idim. Mübahisə Röya Ayxan və Nigar Camal arasında olmuşdu. Mən üçüncü şəxs idim və doğruları söylədiyim üçün Nigar xanımın aqressiyası mənə tərəf yönəldi, xətrimə dəydi. Röya Ayxanla Nigar Camal barışa bilər. Onların şəxsi fikridir. Mən sadəcə elə insan deyiləm".

Qeyd edək ki, Röya Ayxanla müğənni Nigar Camal arasında "Altın kelebek" mükafatlandırma gecəsində qalmaqal olmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər