Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalova Mayami tətilindən paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Günel Zeynalova İnstaqramda istirahətdən foto paylaşaraq "Dəli-doludur, "R" qəlbim" şərhini yazıb.
Bununla ifaçının keçmiş nişanlısı, cənubi azərbaycanlı iş adamı Rza Zərrab ilə yenidən barışması iddia edilib.
Qeyd edək ki, Günel Zeynalova Rza Zərrabla nişanlı olub. İş adamının Ebru Gündeşlə nikahından isə bir qızı var.