30 May 2023 00:13
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Sıla Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Sılanın konsertində maraqlı anlar yaşanıb.

Sıla adlı azyaşlı səhnəyə çıxaraq ifaçıya oyuncağını və müğənninin adı həkk edilən qolbaq bağışlayıb.

Sıla qolbağını qoluna taxaraq balaca fanatına təşəkkür edib. O səhnədə ilk dəfə öz adını daşıyan fanatının çıxdığını deyərək təəccübünü gizlətməyib.

İfaçı gecədə sevilən mahnılarını səsləndirib.


Müəllif: Rəqsanə Həsənova