31 May 2023 01:03
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monika Belluççi və Vincent Kasselin qızı 18 yaşlı Deva Kassel Romada “Dolce Gabbana” moda evinin reklam çarxında çəkildiyi zaman fotoqrafların obyektivinə tuş gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Deva Roma Trevi fəvvarəsində qara krujevalı mini paltar, brendin loqosu olan dəri başmaqla poza verib.

Deva Kassel 2019-cu ildə sözügedən moda evi müqavilə imzaladıqdan sonra bir neçə ildir ki, onlarla əməkdaşlıq edir, brendin ətirlərindən birinin reklamında rol alır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər