31 May 2023 10:48
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Miss Azerbaijan-2017" müsabiqəsinin qalibi Razi Əliyeva Ziya Hüseynzadə adlı şəxs tərəfindən şiddətə məruz qaldığını bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, Razi Əliyeva bu haqda sosial şəbəkədə paylaşım edib.

O, Ziya adlı sevgilisinin evli olduğunu biləndə ondan ayrılmaq istəyib. Bu isə qarşı tərəfin xoşuna gəlməyib.

Model keçmiş sevgilisi tərəfindən evdə bağlı saxlanıldığını, telefonunun əlindən alındığını, işgəncəyə məruz qaldığını iddia edib. Model anasının evinə qaçıb. O, ailəsinin və yaxınlarının təhlükədə olduğunu bildirərək hüquq-mühafizə orqanlarından kömək istəyib.

"Məni və yaxın ətrafımı təhdid edir. Xahiş edirəm ki, bizə kömək edin, hamımız təhlükədəyik. Biz öz evlərimizə gedə bilmirik. Qorxu içindəyik, günlərdir ki, yemək yeyə bilmirik. Məni və ətrafımı ölümlə təhdid edir", - deyə Razi Əliyeva bildirib.

Qeyd edək ki, Razi Əliyeva "Xəzər maqazin"in aparıcı olub.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər