31 May 2023 17:28
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin TV 8 kanalının rəhbəri Acun Ilıcalının sevgilisi Ayça Çağla Altunkaya ilə nişanlanması iddia edilib.

Teleqraf.com xəbər verir ki, Ayça Çağla Altunkaya 52 yaşını qeyd edən Acun Ilıcalının ad günündə əlindəki nişan üzüyü ilə diqqət çəkib.

Acun Ilıcalıdan mövzu ilə bağlı açıqlama gəlməyib.

Qeyd edək ki, Acun Ilıcalı üç dəfə rəsmən evli olub.


Müəllif: Rəqsanə Həsənova