12 İyun 2023 14:13
1 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser-aparıcı Tarix Əliyev şairə Nazilə Səfərlinin Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın şagirdlərinə qızıl aldırmasını dəstəkləməsinə sərt reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, Tarix Əliyev "Show News" İnstaqram səhifəsinin şərh bölümünə bu sözləri yazıb:

"Nazilə, burada səhv etdin. Küçə qadını ilə müəllimi bir tutmağından bəlli oldu ki, heç bilmədin nə dedin. Müəllimin borcudur. Müəllimə dövlətdən pul alır. Valideynin müəllimin atasına borcu yoxdur".

Qeyd edək ki, Nazilə Səfərli Yaqut Ağamalıyevanın şagirdlər tərəfindən özünə qızıl aldırması iddiasını dəstəkləyərək bu paylaşımı edib: "Yazıq müəllimlər… Küçə qadınlarına ən bahalı hədiyyələr verənləri araşdırsınlar. Bu müəllimin özəl günününə alınıb. Nə alsın, qaloş?! Müəllimə yaxşı şeylər niyə qadağandır? Qızılın qabından da çox bahalı olmadığı görünür. Lap 1000 manat düşünək, çoxdur ki? Ömrü gedib yazıq müəllimin...".


Müəllif: Teleqraf.com